Ordan burdan,İdman

Azərbaycan Ciu Citsu federasiyasının DİNAMO klubu

Nəhayət ki, özümə uyğun idmanla məşğul olmağa başlamışam. Ciu Citsu o zamanlar samurayların məşğul olduğu döyuş sənəti olub. Bizim dövrlərə qədər gəlib çatıb. Judo, Aikido kimi döyüş növləri Ciu Citsunu formalaşdırır. Müasir Ciu Citsu öz fəndlərini adı çəkdiyim Judo və Aikido döyüş növlərindən götürür. Karate növü də bu idmanda öz əksini tapır. Bu döyüş sənətinin bir neçə növləri vardır. Ənənəvi Ciu Citsu, idman Ciu Citsu, kombat Ciu Citsu. Ancaq əsasən iki növə ayrılır. Yapon Ciu Citsu və Brazilya Ciu Citsu. Fərqi isə sonuncuda yalnız parter olmasıdır. Mən hər iki növünü sevirəm. Yeri gəlmişkən Ciu Citsu bir necə cür yazılır. Ciu Citsu, Cu Citsu, Cu Cutsu. Görünür yaponcadan sözün tələffüzü bir neçə cürdür, yaxud da ki, düzgün tələffüz etmək olmur.

Həftənin hər altıncı günü bizim zalda sparninqlər keçirilir. İyirmi beş dəqiqə bədənimizi qızışdırdıqdan sonra bir saat ərzındə fasilələrlə güləşirik. Məşqlərimiz kifayət qədər ağır və maraqlı keçir. İki ay məşğul olmağıma baxmayaraq ona yaxın fənd öyrənmişəm. Sağ olsun bizim sansey. Ancaq mən bununla kifayətlənmirəm “youtube”dan əlavə fəndlər öyrənirəm. Çəkdiyim videoda Samuray boğulması (Samurai Choke) fəndini rəqibim üzərində tədbiq edirəm. Onu da deyim ki, bu mənim ən çox sevdiyim fəndə çevrilib.

Jiu Jitsu Azerbaijan from Mammad Mammadli on Vimeo.

Standart

Azərbaycan Ciu Citsu federasiyasının DİNAMO klubu” üzərinə 2 şərh

    • mammadliblog dedi ki:

      Xətai metrosunun yaxınlığında Azəriqaz binasiyla üzbəüz dinamo idman cəmiyyəti. Məşqlər həftənin 2-4-6-ci günləri axşam saat səkkizdə başlayır. Məşqçi Elçin m.

      Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.