İdman

Ciu Citsu üzrə Bakı birinciliyi

02.03.2013 tarixdə ciu citsu üzrə Bakı birinciliyi keçirildi. Yarış nevaza və faytinq növlərində təşkil olunmuşdu. Bilməyənlər üçün deyim ki, nevaza yalnız parterdə davam edir, faytinq zamanı isə bura əl, ayaq zərbələri qatılır. İlk dəfə idi ki, ciu citsu yarışına baxırdım. Mənim üçün ən maraqlısı o iki ki, döyüş nece keçir. Yəni qaydalar necedi. Çünki döyüşün hansı tərzdə keçməsini qaydalar müəyyənləşdirir. Mən bu növlə artıq üç aydır ki, məşğul oluram və bilmək istəyirdim ki, mənim məşğul olduğum bu növ nədir. Yəni prinsipləri nədən ibarətdir. Xatırladım ki, sözü gedən yarış idman ciu citsu döyüş növüdür. Birinci onu deyim ki, parterdə döyüş hər iki növdə, yəni nevaza və faytinq zamanı uzun çəkmir. İdmançılara vaxt vermirlər ki, parterdə rahat işləsinlər. Bu məni bir az məyus etdi. Faytinq zamanı əl, ayaq zərbələri şotokanı xatırlardır. Zərbələr ardıcıl endirilmir.

Hər halda ciu citsu bitgin bir döyüş növüdür. Döyüşün bütün tərəflərini özündə cəmləşdirir, əl, ayaq zərbələri, parterdə döyüş, bu zaman ağrıdıcı və boğucu fəndlər və hər bir vəziyyətdən çıxış yolu, yəni özünü müdafiə.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.