Ordan burdan

O bizdən nə qədər uzaqdırsa bir o qədər də bizə yaxındır

power of IslamTələbəlik illərimdə özümü skeptik sayırdım. Hesab edirdim ki, bu ən düz yoldur. Bu məni ateislərə yaxın edirdi, amma ateist etmirdi. Əgər bir şeyi sübut edə bilmirəmsə, özü də heç zaman sübut edə bilməyəcəmsə onu necə inkar edə bilərəm? Bu mənim məntiqimə siğmir. Normal insanın da məntiqinə sığmır, çünki məntiq bizim hamımızda eynidir. Görünür, ateistlərdə başqa cürədir. Sözün açığı, mən dindən aralı gəzirdim. Buna bir azdan qayıdaram. Sonradan niyə belə olmadı söhbətinə başlayım.
Ümumiyyətlə, mən öz-özümə suallar verib onlara cavab axtarmağa çalışan bir insanam. Boş vaxtlarımda, onlar isə məndə çox idi, xüsusən də gecələr, fikirləşirdim. Nə üçün gecələr? Çünki hamı yatanda sənə heç kəs mane olmur. Bu zaman insan daha yaxşı fikirləşməyə başlayır. Elə bu mətni də gecə yazmağa başladım. Əlqərəz. Bir gün, daha doğrusu bir gecə mən qarşıma növbəti bir sual qoydum. Allah var, yoxsa yox? Skeptik olmaq bu ilahi qüvvə qarşısında fikrini bildirmək deyil axı. Necə yəni, 50% inanıram, 50% isə inanmıram. Məqər Allahın varlığı, yoxluğu mənim inamımdan aslıdır?
Həmin gecə mən skeptik fikirlərimi qoydum kənara. Yadıma nisbilik qanunu düşdü. Başladım hər bir şeydə nisbilik axtarmağa. Nümunələr gətirməyə çalışdım. Misal üçün, pis və yaxşı anlayışlarının nisbi olduğunu söylədim. Çünki bir şey əgər pisdirsə, əks tərəfdən ona baxanda o bizə yaxşı görünür və s. Yəqin ki, başa düşdüz məni. Doğrudan da hər şey nisbidir. Və əgər hər şey nisbidirsə niyə hansısa bir materiyanın mövcudluğu, deyək ki, armudu stəkan, nisbi deyil? Ola bilərmi ki, armudu stəkan mövcud, eyni zamanda mövcud olmasın? Tutaq ki, bu da belədir. Bəlkəm o paralel dünyada mövcud deyil. Zarafat eliyirəm. Bəyəm bizim inamımız nəyisə dəyişdirir? Bu bir az gülməli alınır. Bu yolla görmək istəmədiyin adamı yox etmək olar. Deməli, məsələ inamda deyil. Bu zaman belə bir fikir də yadıma düşdü: Əgər nəyəsə möhkəm inansan, o mütləq yerinə yetəcək. Əslində bir çoxlarımız bunu təcrübəmizdən keçirmişik. Hə, bu belədir. Ancaq bu yenə də nisbiliyə gətirib çıxarır. Fikrimi tuta bildiz? Burda yadıma bir şey də düşdü. Məgər sizlərdə olmuyubmu ki, arzuladığınız və inandığınız bir şey həyata keçməsin. Olub, əminəm. Deməli, nə deyirsiz deyin, məsələ inamda deyil. Məsələ bilirsiz nədədir? Mən zikr edərkən müxtəlif variantları nəzərdən keçirirdim və mənə elə gəldi ki, az qala bu sualı cavablandırım. Mən Allahın mövcudluğunu aşkar etmişdim, sanki onun yerini müəyyənləşdirdim, az qala. Bu zaman canıma elə qorxu düşdü ki, mən dayandım. Özümə söz verdim ki daha bu haqda düşünməyəcəm. Anladım ki, Allah heç zaman özünün harada olduğunu bizə bildirməz. Onu qəbul etmək isə çətin olduğu qədər də asandır.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.