Ordan burdan

Narıncı şar

Artıq üçüncü dəfədir ki, yadplanetlilərlə üzləşirəm. Birinci dəfə institut vaxtlarımda internet klubda oturarkən camaat uçan boşqab, uçan boşqab deyə qışqıranda özümü bayıra atdım və göyün üzündə asılı qalmış silindr formalı naməlum obyekti görmüşdüm. Gözlərim zəif görsə də onu görə bildim. Hətta yanımda birinin kamerasını alıb onu yaxşınlaşdırıb əməlli-başlı seyr etdim. Şübhəsiz UNO idi. Axşamısı televizorda da xəbər verdilər.

İkinci dəfə tələbəmlə axşam vaxtı bulvarda gəzərkən abşeron mehmanxanasınıın üzərində yanan şar gördüm. Onu atəşfəşanlıq atəşi hesab etsəmdə sonrada şarın bir qədər tərpənmədən havada asılı qaldığını izlədim. Şar partlamadığına görə onun həyatımda növbəti UNO olduğunu zənn etdim. Sonradan şar üç hissəyə bölünüb söndü. Bu hadisə elə qeyri adi formada baş verdi ki, onu fizikanın qanunlarına tebe olamdığını hiss etdim. Bəli, mən belə deyərdim -hiss etdim ki, yadplanetlilərin uçan aparatıdır.

Növbəti UNO düz mənim pəncərəmin qarşısında uçurdu. Gecə saat 12 olardı işığı söndürüb uzanmışdım çarpayıda. Otaqda pərdə olmadığından mən o narıncı şarı tez görə bildim. Məndən hardasa 10 metr aralıda idi. Tez yerimdən dik atılıb əlimi kameraya atdım. Onu qabından çıxardana qədər narıncı şar binadan bir az aralanmışdı. Mən onu çəkəndə isə o artıq binanın qarşısındakı məktəbin həyətinə enmişdi. Bu inanılmaz hadisə idi. Sən demə belə şeyləri çoxları görüb. Youtube-da belə şarla bağlı kifayət qədər video var.

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.