Uşaqlıq arzum

Yadımdadı məktəbdə oxuyanda 3 musiqi alətindən xoşum gəlirdi. Saksofon, gitara və piano. Necə oldusa piano dərslərinə yazıldım. 3 il məşğul oldum pianoda. Pis ifa etmirdim. O zamanlar dayım gildə yaşayırdıq. Evdə sınıq bir piano vardı, məndə onda məşğul olurdum. Yadımdadı POLONEZ çalırdım. Sonda müəlliməm dedi ki, Mamed mən təqaüdə çıxırıram. Beləcə mənim pianoda məşğuliyyətim sona çatdı. İndi bu alətdən heç xoşum gəlmir. Məni daha çox simli alətlər cəlb edir. Saksofonda məşğul olmaq istəyi heç vaxt olmasa da alət xoşuma gəlir. Ancaq bilirəm ki, onda heç vaxt məşğul olmayacam. Nəfəs alətləri mənlik deyil.

Yadımdadı televizorda Waynes world (Ueynin dünyası) adlı film gedirdi. Orda Ueynin ağ stratocasterdə çalması səhnəsi indiyədək yadımdadı.Waynes world

Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Fender Stratocaaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram.

2017-01-11 13.40.08

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: