Rok, bluz və onun ifaçıları

Rok, bluz və onun ifaçıları

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq qurluşu dövrünə gedib çıxır. Amerikalılar Afrikadan zənciləri zorla tutub, gəmilərlə bütün Sakit okeanı üzərək öz torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə belə gətirmirdilər. Bu zaman onlar ömürlük köç etdikləri yerlərə özləri ilə mədəniyyətlərini də daşıyırdılar. Zənci qullar plantasiyada əziyyətli işlərini gördükcə vətən həsrətli mahnılar oxuyur, bununla həm də vaxtlarını öldürürdülər. Onların oxuduğu mahnıların musiqisi bluz idi. Məhz buna görə bluz kədərli musiqi sayılır. Çünki onlar doğma yurdlarından kökündən çıxarılan ağac kimi qoparılıb, yad yerlərə gətirilərək ağ insanlar üçün işləməyə məhkum edilmişdilər. Bluz musiqisi cəmi beş notdan ibarətdir. Buna “pentatonika” deyilir. Pentatonika bluza özünə məxsus bir çalar gətirir. Gitara isə bu çaları daha da rövnəqləndirir.

Bildiyimiz kimi, rok və jazz bluzdan ayrılmış janrlardır. Bütün rok ifaçıları öz karyeralarına başlamazdan öncə bluzun sirlərini öyrənirlər.

Bu janrın öncülləri qara dərili Robert Johnson, John Lee Hooker və başqaları olub. Zəncilərdən sonra ağ insanlar da bu janra maraq göstərmişlər. Ona görə də bluz “ağ” və “qara” olur. Demək olmaz ki, qara dərili bluz ifaçıları ağ dərililərdən yaxşı çalırlar. Bu, onların istedadından, özünü musiqiyə həsr etməsindən, ona bağlı olmasından asılıdır. Bir çox ağ dərili ifaçılar tanıyıram ki, indiyədək onların adları dillər əzbəridir. Bunların sırasında ağ dərili Stevie Ray Vaughan, Gary Moore, Eric Clapton, qara dərililərdən isə B.B. King, Albert King, Chuck Berry və başqalarını misal çəkə bilərəm. Bu ifaçılar bluzun kralları sayılırlar.

B.B. Kingin məhşur “Lucille” guitarasının öz tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə dalaşmağa başlayırlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra çıxmağa tələsir. Birdən işfaçının yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” goyur…

Bluz ancaq gitarada ifa olunur. Heç bir musiqi aləti bu janrın incəliklərini gitara kimi çatdıra bilmir. XX əsrin əvvəllərinə qədər akustik gitara səsinin zəifliyındən orkestrdə özünə yer tapa bilmirdi. O zaman ən çox zərb və nəfəs alətləri dəbdə idi. Ancaq 1952-ci ildə Amerikada iki firma – Fender “Telekaster”i, Gibson isə “Les Paul”u buraxdı. Bir qədər sonra Fender 1954-cü ildə özünün məhşur “Stratocaster” gitarasının istehsalına başladı. O zamandan gitara yenidən dəbə düşdü. Bir çox musigiçilər akustik alətlərini atıb, elektrogitaraya keçdilər. Bir qədər sonra, 60-cı illərin sonlarından başlayaraq “distortion” səsi kəşf olunur. Elə bu andan rokun tarıxı başlayır.

Jimi Hendrix, yəqin çoxunuz onu tanıyırsınız, bu solaxay gitaraçı, o dövrdə qeyri-adiliyi ilə seçilirdi. Onun “All along the watchtower”, “Little wing” mahnılarını bu gün də gitara ifaçıları konsertlərində öz programlarına daxil edirlər. Jimi o zamanlar “Woodstock” meydanında verdiyi konsertlərilə məhşurlaşmışdı.

Jimi Hendrix Vaşinqtonda anadan olmuşdur. Onun valideyinləri afroamerikalıdır. Valideyinlərinin içkiyə qurşanmağı və evdəki dava-dalaşlar Hendrixin sonrakı həyatına öz təsirini göstərdi. O özünü tənha hiss edirdi. Bu tənhalıqdan bezən oğlan gitaranı özünə dost seçmişdi. 60-cı illərin əvvəllərində “Upsetters”, “Curtis Knight” və “Squires” kimi yerli qruplarda çıxışlar etməyə başlamışdır. Bir çox məhşur ifaçılarla çalışırdı. İçkiyə qurşanmış J. Hendrix həm də narkotika alüdəçisi idi. 20 diskindən 3-ü (“Are you Experienced?” (1967), “Bold as Love” (1967) və “Electric Ladyland” (1968)) sağlığında çıxmışdı. Jimi Hendrix dünyasını dəyişəndə onun cəmi 28 yaşı vardı.

Hə, onu deyirdim axı. Elektrogitaranın kəşfindən sonra rok musiqisi o dövrün cavan nəslini fanatlara çevirdi. Hamı konsertlərə gedir, vaxtlarını maraqlı keçirirdilər. Stadionlarda o qədər insan toplaşırdı ki, adam əlindən tərpənmək olmurdu…

Hər bir gitara fanatı bilir ki, Carlos Santana əvvəl “Gibson”da çalırdı indi isə “PRS” firmasında özünün imzalanmış gitarası vardır. Gary Moore “Gibson”, Jimmy Page “Gibson”, Eric Clapton “Fender”, Jeff Beck “Fender”, Steve Vai “İbanez”, Eric Johnson “Fender”, George Benson “İbanez” guitara istehsalçılarını seçmişlər. Amma sizə onu deyim ki, o zamanlar çeşid o qədər də böyük deyildi. Buna baxmayaraq, həmin firmalar indiyədək populyarlığını qoruyub saxalaya bilmişlər.

Eric Clapton “Fender” markalı “Blackie” adlandırdığı stratocasterini 1973-cü ildə almışdı və bu, uzun illər onun əlindən düşmədi. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və bundan sonra auksionda 959500 dollara sata bildi.

Eric Clapton müğənni, bəstəkar, bütün dövrlərin ən məhşur gitaraçılarından biridir. Musiqiçilər arasında “Slowhand” (asta barmaq) kimi tanınır. Doğurdan da o, musiqisində Yngwie Malmsteen kimi sürət nümayiş etdirmir. “Rolling Stone” jurnalında bütün dövrlərin 100 ən yaxşı gitaraçının adı olan siyahıda ikinci yeri tutur. Onun bütün yaradıcılığı boyu ifaları dəyişikliyə məruz qalıb, ancaq musiqisi bluza köklənib.

Ümumiyyətlə, rok musiqisini bir janr kimi ayırmaq mümkün deyil. Çünki tarixə nəzər yetirsək görərik ki, Jimi Hendrix, Steve Vai, Eric Johnson, Bucketheadin musiqiləri biri-birindən tamamilə fərqlənirlər. Bu sənətkarların çox fərqli çalğı üslubu vardır.

Dövr dəyişdi, 80-ci illərdən pop musiqisi yarandı. Onun da öz kralları vardır. Ancaq təssüf edirəm ki, rok indi o qədər də populyar deyil. Azərbaycanda belə musiqiyə heç cavanlar maraq göstərmir. Yaşlılar isə daha çox rokun nostaljisi ilə yaşayırlar. Düşünürəm ki, vaxtilə rokun ürəkləri fəth edən gözəlliyi, cazibəsi fanatlara, ümumən dinləyicilərə yaşatdığı mənəvi zövq, kül altında qalmış köz kimi qəlblərə yenidən xoş bir istilik kimi axacaq…

Məmməd Məmmədli

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.