Dünyanın məhşur gitaraları

Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə də istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Çünki hər bir gitaranın öz incəlikləri var.

Bildiyimiz kimi rok və bluz tarixində məhşur gitaraçıların məhşur gitaraları olub. Çünki hər bir gitaranın da insan kimi ya kədərli, ya da cəlbedici bir taleyi olur.

B.B. Kingin məhşur “Lucille” guitarasının da öz taleyi, tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə bir-birinə keçir, hətta əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kingin yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” goyur.

Cimmi Peycin “Les paul” gitarası da öz məhşurluğu ilə yadda qalıb. Bu gitaraçı “Led Zeppelin” qrupunun yaradıcısıdır və öz karyerası boyu əlindən 1500 gitara keçib. Onun “Nömrə bir” və “Nömrə iki” adlandırdığı gitaraları 59-cu ilin “Gibson Les Paul” gitaralarıdır. Belə güman olunur ki, hal-hazırda o dövrədə buraxılan bu modellərdən yalnız 1000 ədədi işlək vəziyyətdədir.

Jimi Hendrixin məhşur “Monterey” Stratocasteri çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında  “Wild thing” mahnısını ifa etdikdən sonra onu tamaşaçıların gözü qarşısında yandırmışdır. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri olub. Beləşünürdülər ki, Jimi gitarasını sındıracaq amma o, gözlənilməz hərəkəti ilə hamını təəccübləndirdi.

 

Eric Clapton “Fender” markalı “Blackie” adlandırdığı Stratocasterini 1973-cü ildə almışdı və uzun illər onun əlindən yerə qoymadı. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və sonra hərracda 1 milyon dollara sata bildi. Əldə olunan vəsait Claptonun yaratdığı “Narkotik və alkoqol alüdəçiliyinə qarşı mərkəz”ə yönəldildi.

İfaçının daha bir “Psychedelic” adlandırdığı Gibson SG markalı gitarası da olub. Clapton onu 1964-cü ildə almışdır, ancaq səhnəyə çıxarmazdan öncə onu rənglətdirmişdir. Onu rəngləyən usta bu işi yaxşı görmədiyindən rənglər biri-birinə qarışşdır. Bu vəziyyətdə o, çox qəribə görünürdü. Sonralar bu gitara bir neçə ifaçının əlindən keçib və doxsanıncı illərə qədər onu hərraca çıxartmazdan əvvəl gitaranın sahibi amerikalı müğənni və bəstəkar Todd Rundgren olmuşdur.

“The red special”, “The fireplace” və ya “The old lady” – adları müxtəlif olsalar da söhbət “Queen” qrupunun gitaraçısı Brian Mayin  bir gitarasından gedir. O zaman ifaçının gitara almağa pulu yox idi. Gitara o dövrdə ona 18 funt sterlinqə başa gəlib. B. May belə qərara gəlir ki, öz zəhmətilə özünə mükəmməl bir alət düzəltsin. İfaçı gitarasını atasının köməkliyi ilə 1963-1964-cü illərdə düzəltmişdir. Alətin düzəldilməsində o, evlərindəki masa, köhnə soba, anasının toxuculuqda işlətdiyi mil və köhnə motosiklet detallarından istifadə edir. B. Mayin düzəltdiyi gitaranın səsi başqa qitaraların səsinə bənzəmir, özünəməxsusluğu ilə seçilirdi. Brian gitarasını məktəbə aparanda sinif yoldaşlarından biri onu öz gitarasıyla dəyişməyi təklif etsə də o, razılaşmır.

Brian May uzun illər öz sevimli gitarasından ayrılmadı, indi də birlikdədirlər.

 

Məmməd Məmmədli

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.