100 şəkil – 100 dəhşətli şəkil. Dağıdılmış binalar, mərmi yağışı, ölmüş insanların qalaqlanmış ayaqqabıları… Tarixdə hələ belə müharibə olmayıb. 40 milyon mülki vətəndaş, 20 milyon əsgərin qətlə yetirildiyi II Dünya Müharibəsinə bir daha nəzər salaq.
Hitler 1939-cu ildə Kroll Opera Teatrında etdiyi çıxışında Polşaya qarşı hərbi təcavüzü qanuniləşdirir.
1-ci Kanada Kəşfiyyat Eskadrilyasının motosikletçisi 1940-cı ildə gündəlik xidməti zamanı bir fincan çay içir.
İvo Jima üzərində dalğalanan bayraq.
1943-cü ildə İkinci Dünya Müharibəsi Cənub-Şərqi Asiya döyüşlərində Birma kampaniyası zamanı çin əsgərləri Salvin cəbhəsinə doğru irəliləyir.
1940-cı il, almanların Londonu bombalamasından sonra xarabalıqlar arasında yumşaq heyvan oyuncağı tutan oğlan.
1944-cü il, artilleriya mərmiləri daşıyan Waffen-SS əsgərləri.
1942-ci il, Qütb dənizində üzən alman sualtı qayığı.
1939-cu il, bir qrup insan Londondan təxliyəyə hazırlaşır.
1941-ci ilin oktyabrında Almaniyanın Heinkel He-111 bombardmançılar eskadronu düşmən hədəflərinə doğru missiyada.
Konsentrasiya düşərgələrinin birində Holokost qurbanlarının qalaqlanmış ayaqqabıları.
Alman qoşunları 1939-cu ildə Varşavaya daxil olur.
Döyüş bölgəsindəki təbliğat tağımının əsgərləri 1939-cu ilin sentyabrında Polşada kampaniya zamanı baş verən hadisələri xəbərləyirlər.
1943-cü il, Şərq cəbhəsinə gedən alçaq vaqon-platformalara yüklənmiş yeni alman tankları.
Almanlar 1943-cü ilin fevralında Tunisin Kasserine şəhərinə doğru irəliləyir.
1943-cü ildə dindirmə zamanı almanlara əsir düşmüş rus əsgərləri.
Alman qoşunlarının 15 sentyabr 1939-cu ildə Polşanın Varşava şəhərindəki mövqeləri.
1942-ci ildə Rusiyada müharibəyə həsr olunmuş memorial abidə.
1941-ci ildə Yaponların Pearl Harbora hücumundan sonra zərər çəkmiş ABŞ-ın üç döyüş gəmisi – Qərbi Virciniya (solda), Tennessi (mərkəzdə) və Arizona.
1940-cı ilin sentyabrında almanların Londonu bombardman etdiyi zaman dağılmış küçə ilə qaçan südçü.
1944-cü ilin aprelində İtaliyada dağıdılmış Monte Kasino monastırı.
Təqribən 1942-ci il. Yəhudi məhbuslar sıraya düzülüb.
1940-cı ildə silah fabrikində bombalar.
1943-cü ildə əsgərin yemək zamanı çəkilmiş şəkli.
1 sentyabr 1939-cu ildə naməlum yerdən təxliyə edilən britaniyalı uşaqlar.
1943-cü ildə Varşava Gettosunun dağıdılmasından sonra əsir düşən Polşa yəhudi müqaviməti qadınları.
Çexoslovakiyanı işğal edən Alman qoşunlarının 1939-cu ildə Praqaya yürüşü.
1941-ci il, Şərq Cəbhəsində Sovetin Katyuşa raketləri.
Alman donanması 1943-cü ildə U-Boat sualtı qayığında Milad gecəsini qeyd edir.
1945-ci ildə Xirosimaya atom bombası atmaq üçün uçuşa hazırlaşan Enola Gay təyyarəsinin heyəti.
27 avqust 1943-cü ildə əsgərlərə yemək paylayan qatardakı səhra mətbəxi.
1945-ci ildə Naqasaki üzərində partlayan atom bombası.
1942-ci il, Rusiya torpağında partlayış zamanı yerə əyilən alman əsgəri.
Hərbi əsir qismində Böyük Britaniyaya qarşı döyüşən Millətlər Birliyinin əsgərləri 1943-cü ildə Almaniya hərbi düşərgəsinə gedərkən.
F6F Hellcat (VF-2) 1943-cü ildə USS Enterprise təyyarədaşıyan gəminin uçuş zolağında qəzaya uğrayır.
1944-cü ildə Almaniyada xaraba qalmış evin önündə bombardman zamanı evləri dağıdılan insanların yeni ünvanları yazılıb.
Enola Gay bombardmançısı 1945-ci ildə Xirosimaya atom bombası atdıqdan sonra Tinian adasına enir.
ABŞ qoşunları 1943-cü ildə Tarava adasına girir.
23 dekabr 1942-ci il, bunkerin çıxışında Şərq Cəbhəsindəki döyüşü izləyən alman əsgərləri.
Hərbi jurnalist və yazıçı Ernest Heminquey 1944-cü ildə müharibə zamanı.
1945-ci ildə Almaniyadakı Dachau konsentrasiya düşərgəsinin azad edilməsindən sonra çəkilmiş gənc rus əsgərin fotosu.
General Şarl de Qoll Böyük Britaniyada “Azad Fransa Dəniz Qüvvələrini” təftiş edir, 1941-ci il.
Alman əsgərləri 1943-cü ildə Şərq Cəbhəsindəki kazarmalarında Milad bayramını qeyd edir.
1939-cu il, Nyu-Yorkda Hitler əleyhinə nümayiş.
1943-cü il, Ukraynanın bir şəhərində pulemyotlu əsgər.
1943-cü il, Almaniyada Hava Hücumundan Müdafiə korpusun köməkçiləri.
Yəhudilər 1944-cü ildə Varşavada açıq mal-qara vaqonlarında deportasiya edilirlər.
1941-ci il, Berlində Hitlerçilərin mitinqi.
1942-ci il, əsgərlər gəmidə.
Yaponiyanın Pearl Harbora hücumundan sonra Ford adasının (mərkəzdə) və Ford aviabazasının havadan görünüşü.
8 may 1945-ci il, camaat İkinci Dünya Müharibəsinin sonunda Almaniyanın kapitulyasiyasını qeyd etmək üçün Şamps-Elysées prospektinə toplaşır.
Hitler 1939-cu ildə Almaniyada bir qrup SA (Sturmabteilung) üzvünü təftiş edir. SA Nasist partiyasının hərbiləşdirilmiş qanadı idi.
İnsanlar 1940-cı ildə Londonun Piccadilly Circus metro stansiyasına sığınırlar.
Alman əsgərləri 1939-cu ilin sentyabrında yəhudilərdə silah axtarır.
1945-ci il, Yaponiyanın Tokio körfəzində müttəfiqlərin döyüş gəmiləri və təyyarələri.
1944-cü ilin sentyabrı, ABŞ əsgəri alman zabitini həbs edir.
1944-cü ilin sentyabrında Fransız generalı Filip Leklerkin 2-ci Zirehli Diviziyasının nəzarəti altında olan alman məhbusları.
Naqasaki üzərində atom bombasının partlaması.
1945-ci il, Amerika qoşunlarının Yaponiyaya girişi zamanı Okinavadakı ABŞ hərbi gəmiləri.
Alman əsgərləri 1943-cü ildə yanğını söndürür.
Alman silahlı qüvvələrinin Volkssturm bölməsinin üzvləri, 1945-ci ildə.
1945-ci il müharibənin sonu, əsir düşmüş alman əsgəri.
Bir qrup Afrika-Amerika əsgəri ABŞ düşərgəsinə qayıdır.
Messerschmitt Bf-109 qırıcı təyyarələri 1940-cı ildə La-Manş sahillərinin üzərindən uçarkən.
1940-cı ilin yanvarında Fransanın “Normandiya” tankı döyüş bölgəsində qobudan keçir.
Alman bombardmançıları Junkers Ju 87 və ya Stuka 1944-cü ilin iyununda Kandalakşa cəbhəsində missiya zamanı.
14 iyul 1944-cü il, Fransanın Saint-Lo kəndi müttəfiqlərin bombardmanları nəticəsində tamamilə dağılıb.
“Dəmir Mühafizəçilər” təşkilatının Rumıniya lideri Horia Sima 1940-cı ildə Buxarestdə keçirilən anım mərasimindən sonra təşkilatın qərargahını tərk edir. Simanın arxasında Almaniya səfirliyinin nümayəndələri dayanır.
1945-ci ildə “Kiçik Oğlan” atom bombasının atılmasından qısa müddət sonra Xirosimanın havadan çəkilmiş fotoşəkili.
Alman əsgərləri 1943-cü ildə Rusiyanın bir kənd yolunda.
1942-ci il, Alman hərbi əsirləri.
1942-ci il, Guadalcanal döyüşü zamanı əlində qumbara tutan ABŞ əsgəri.
1941-ci ildə Atlantik Okeanında missiyaya çıxan Alman sualtı qayığı.
1939-cu ildə Varşavada Vermaxtın Qələbə paradı.
1943-cü ilin avqust ayı, Focke-Wulf FW 200 uzun məsafəli kəşfiyyat və qırıcı təyyarəsi Atlantik okeanı üzərində.
1944-cü ilin yanvarında bir alman tankı və piyada qoşunu sovet kəndinə daxil olur.
1942-ci il, Şərq cəbhəsində kamuflyaj geyinmiş Alman əsgəri.
Uşaqlar 1939-cu ildə Alman uşaq bağçasında gündüz vaxtı yatarkən.
1945-ci il, Okinava döyüşün görüntüsü.
1920-1939-cu illər arasında yarı muxtar şəhər-dövlət kimi mövcud olmuş Danziq Azad Şəhərinin 29 avqust 1939-cu ildə çəkilmiş şəkli.
1940-cı ildə bir silah zavodunun görüntüsü.
Ox dövlətlərinin Maltaya 1942-ci ildəki hava hücumu.
1941-ci ilin oktyabr ayı, çaydan keçən motorlu ağır zenit topları.
6 iyun 1944-cü il, Fransada Müttəfiq qüvvələrin desant gəmilərinin ümumi görüntüsü.
Almaniyanın yardım qoşunları 1944-cü ilin fevralında Sovet İttifaqında öz yüklərini kirşələrdə daşıyırlar.
22 yanvar 1944-cü ildə İtaliyanın Anzio şəhərində müttəfiqlərin desant əməliyyatı.
General Erhard Milch 1940-cı ildə Alman Stuka pilotları ilə danışır.
7 may 1945-ci il, Avstriyanın Ebensee şəhərindəki konsentrasiya düşərgəsində acından ölən məhbuslar.
Fransız əsgəri, Strasburq yaxınlığında Struthof Konsentrasiya Düşərgəsindəki krematoriya qurbanlarının qalaqlanan ayaqqabılarını araşdırır.
1945-ci ildə atom bombasından sonra Yaponiyanın dağılmış Xirosima şəhəri.
1940-cı ildə alman əsgəri.
Amerikanın USS Shaw esminesi 1941-ci ildə Pearl Harbora hücum zamanı partlayır.
1945-ci ildə atom bombasından sonra Naqasaki şəhərin görüntüsü.
1945-ci ilin mayında azadlığa çıxan konsentrasiya düşərgəsinin məhbusları.
1945-ci ildə azad edilən Auschwitz konsentrasiya düşərgəsinin girişi.
Əsgərlə danışan yəhudi məhbus.
Mauthauzen konsentrasiya düşərgəsindəki məhbuslar.
1943-cü ildə Varşava Gettosunun dağıdılmasından sonra əsir götürülən Polşa yəhudi müqavimətinin qadın və uşaqları.
Flossenbürg konsentrasiya düşərgəsinin məhbusları karxanada işləyir, təxminən 1940-cı il.
1945-ci ildə atom bombası zərbəsindən sonra Xirosima şəhəri.
Leninqradın mühasirəsi zamanı ensiz dəhlizi açmağa nail olan Volxov və Leninqrad Cəbhələrinin əsgər və zabitləri bir-biri ilə görüşür.
Leave a Reply