Yad təfəkkürdən doğma düşüncəyə

Məqalənin müəllifi Əli Rza Xələfliyə xüsusi təşəkkür. Bu mənim haqqımda yazılan ilk yazıdır. YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ, yaxud gənc yazıçı Məmməd Məmmədlinin ilk tərcümə kitabı haqqında Gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə «Ay işığı» kitabını vərəqləyirəm. İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir. Düşünürəm ki, «Ay işığı» adı ilə nəşr olunan […]

Dünyanın məhşur gitaraları

Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə də istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar. Çünki hər bir gitaranın öz incəlikləri var. […]

Rok, bluz və onun ifaçıları

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq qurluşu dövrünə gedib çıxır. Amerikalılar Afrikadan zənciləri zorla tutub, gəmilərlə bütün Sakit okeanı üzərək öz torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə […]

Uşaqlıq arzum

Yadımdadı məktəbdə oxuyanda 3 musiqi alətindən xoşum gəlirdi. Saksofon, gitara və piano. Necə oldusa piano dərslərinə yazıldım. 3 il məşğul oldum pianoda. Pis ifa etmirdim. O zamanlar dayım gildə yaşayırdıq. Evdə sınıq bir piano vardı, məndə onda məşğul olurdum. Yadımdadı POLONEZ çalırdım. Sonda müəlliməm dedi ki, Mamed mən təqaüdə çıxırıram. Beləcə mənim pianoda məşğuliyyətim sona […]

Əlaqə

Yadıma “Yaddaşın Qayıtması” filmi düşdü. Baş rolda Arnold Şvarsneyger çəkilib. Orda belə bir səhnə var: Kveydin arxasınca düşürlər. O da başına yaş məhraba bağlayıb qizlənməyə çalışır. Onun burnunda qırmızı şar tapılır, hansı ki yerini göstərən siqnalı ötürürdü. Yadınıza düşdü bu səhnə? Mən belə düşünürəm ki, yaş məhraba əslində siqnalın yaxşı ötürülməsinə kömək edir. Çünki, su […]