Classsic Rock Riffs

Video

Gitarada ifa edənlər mütləq riff öyrənirlər. Rifflər asan yadda qaldığından istədiyin ifaçının mahnısını öyrənə bilərsən. Mən də istədim ki, Black Sabbath, Led Zeppelin kimi məhşurların ifalarını öyrənim. Bunun üçün Classic Rock Riffs adlı bir kitab aldım. Bu kitabda 40 klassik rok ifaları vardır. Yeri gəlmişkən bu parçaları metronomla məşq etdikcə mənim səviyyəmin qalxdığını hiss edirəm. Sizə 2 mahnı parçası təqdim edirəm: BAD TO THE BONE və BLACK DOG.

Ay işığı

Qustavo Adolfo Bekker

AY İŞIĞI

Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır.

Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər.

O, bir zadəgan ailəsindən idi. Top-tüfəng səsinin, döyüşdə çalınan cəngi zamanı əsgərlərin çıxardığı qəribə səslər arasında anadan olmuşdu. Müharibə vaxtlarında gözünü perqamentdən çəkmədən sonuncu nəğməsini oxuyaraq döyüşçüləri ruhlandırırdı.

Onu tapmaq istəyənlər yaşadığı geniş sarayda, rəiyyətin bəslədiyi dayçalar, ona xidmət göstərən qulluqçuların əhilləşdirdiyi yırtıcı quşlar arasında axtarmalı deyildilər. Onu hətta bekarçılıqdan nizələrini itiləyən əsgərlər arasında da görmək mümkün olmazdı.

—Manrike hardadır? Sizin senyor haradadır? -Hərdən anası narahatlıqla xəbər alar, suallar verərdi.

—Bilmirik, -xidmətçilər də belə cavab verərdi, – yəqin Penya monastırındakı qəbirlərin yanında oturub olülərin danışıqlarına qulaq asır. Yaxud da körpüdə arkanın arasından ötüb keçən çayın dalğalarına baxır. Bəlkə də çökək bir qayada uzanıb ulduzları sayır, göydə axan buludları seyr edir, suyun ləpələrini alışdıran ay işıgına baxır. Başqa sözlə, o, hamının olduğu yerdə olmurdu.

Həqiqətən də, Manrike tənhalığı sevirdi, hətta o qədər sevirdi ki, öz kölgəsini belə görmək istəmirdi. Çünki kölgəsi onu daim izləyirdi. Oxumağa davam et

Sevdiyim məşğuliyyətlərimdən biri də rəssamlıq olub

Hələ bağça yaşlarımdan rəssamlıqla məşğul olurdum. O zamanlardan indiyə heç bir şəkil qalmasa da, sonradan 17 yaşımda çəkdiyim şəkilləri qoruyub saxlamışam. Bu mənim həm də sonuncu əl işlərimdi. Onlardan bir neçəsini sizlərə təqdim edirəm.

şəkil_01Bu şəkli albom vərəqin üzərində boya ilə işləmişəm. Ümumiyyətlə boya ilə işlərim çox azdır. Əsasən qələm və karandaşdan istifadə edirdim. Oxumağa davam et

Ümidsiz sevgi məktubları

İsabel Ayende

ÜMİDSİZ SEVGİ MƏKTUBLARI

Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz məktəbə getməyə başladı. Onu paytaxta qızlar pansionatına yolladılar və sonrakı on iki ilini orada keçirdi. Çox yaxşı şagird idi. Nizam-intizamı, dini ibadətgahda olan sərtliyi sevirdi. Zanbaq güllərinin ətrindən, çılpaq və kimsəsiz dəhlizlərdən, kölgəli bağçadan zövq alırdı. Xoşuna gəlməyən şeylər isə bura gələn insan kütləsi və yetim qalmış uşaqlar idi. Və bir də dərs otaqlarından gələn iydi. Hər dəfə rahibələrə güləndə qaçıb binanın çardağında, başsız heykəllərin arasında, sınıq-salxaq mebellərin arxasında gizlənərdi. Belə vaxtlarda o, səs çıxartmadan günahlarını yuyurdu. Hər altı aydan bir əmisi Euxeniodan məktublar alırdı. Məktublarda o, qıza məsləhətlər verir, özünü yaxşı aparmasını deyir, valideynlərinin ruhlarını şad etməsini diləyirdi. Yazırdı ki, onlar həyatda yaxşı xristianlar idi və əgər sağ olsaydılar qızın bütünlüklə özünü dinə həsr etdiyindən çox məmnun qalardılar. Yəni qız monastırda qalsa daha yaxşı olar. Lakin Analia əmisinə buna hazır olmadığını aydın başa salmışdı, baxmayaraq ki, daxilində dindar həyat sürmək xoşuna gəlirdi. Tənhalığın arxasında gizlənirdi, həyatda olan bütün nemətlərdən qaçırdı, bəlkə də bu yolla o, xoşbəxt olmağa can atırdı. Ancaq onun daxili instinkti himayədarının məsləhətlərinə qulaq asmırdı. Oxumağa davam et

Məhkum olunmuş qadın

Visente Blasko Ibanyez

MƏHKUM OLUNMUŞ QADIN

On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi.

Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan pəncərə idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.

Ömürlük cəzasını çəkdiyi vaxtda sonuncu dəfə Madriddə onun ətürpədici işinə baxılırdı. O, aylarla həbsxanada çəkdiyi cəza ilə sanki ömrünü məzara gömürdü. Dörd tərəfdən əhatə olunmuş daş divar arasında çürüyən canlı cəsədə bənzəyirdi.

Onun heç xoşlamadığı şey təmizlik idi. Hər gün süpürülən, dümdüz yerdə altına saldığı qalın mələfə nəmişliyi özünə çəkərək sümüklərinə işləyirdi. Kameranın divarlarında, ortalıqda gözə bircə qırıq da toz dəymirdi. Elə bil təmizlik kampaniyası da qəsdinə durmuş, onu rahat cəza çəkməkdən məhrum edirdi. Tam tənhalıqdı. Əgər, ora hardansa bir siçan girsəydi o, sevincək öz yeməyini onunla bölərdi və hətta bu gəmiriciylə söhbət də edərdi. Əgər, küncdə bir hörümçək görsəydi, vaxt itirmədən onu əhlilləşdirməyə başlayardı. Oxumağa davam et