Haqqımda

DSC_0005Rəsmdən başladım, pis alınmırdı. Qatarda yol gedərkən deyəsən 7 yaşımda şer yazmağı xoşlayırdım, əgər belə demək olarsa. Hər halda səyahət maraqlı olsun deyə başımı qatırdım. Hardan yadıma düşdü görəsən? Biabırçılıq… Ancaq rəsm çəkmək açığı pis alınmırdı. Daha çox çəkdiyim şeyin sürətini çıxarırdım. Heç bir detal nəzərdən qaçmamalıydı. Elə bu mənim sonradan formalaşmağıma təsir etdi. Dəqiqliyi sevirəm. Bağça yaşlarımdan dəliqanlı olmuşam. Hamı tərbiyəçinin dövrəsində, bisetkada oturanda mən damlarda gəzirdim, onlardan aralı. Yaşıdlarım məndən çəkinirdi. Məktəbdə sinifin şefi sayılırdım. Bir dəfə 2-ci sinifdə 5-də oxuyanın leşini atmışdım. Sonradan idmana başladım. Karate məndə olan bütün agresiyanı aradan qaldırdı. Hə, əlbəyaxa döyüş növləri mənlikdi. Elə indi də idmanla ilə məşğul oluram. Yazmağı sevirəm. Bu mənə anamdan keçib. Atamdan isə mühəndislik qabiliyyəti. Hələ məktəbliykən xəyalımda uçmaq arzusuyla təyyarə quraşdırmışdım. Onun hər bir detalın beynimdə gəzdirirdim. İndi təsəvür edin. Xəyalpərəst, istedadlı, gələcəyini daima dumanlı görən Məmməd. Bu duman hələ də çəkilməyib.