Classsic Rock Riffs

Gitarada ifa edənlər mütləq riff öyrənirlər. Rifflər asan yadda qaldığından istədiyin ifaçının mahnısını öyrənə bilərsən. Mən də istədim ki, Black Sabbath, Led Zeppelin kimi məhşurların ifalarını öyrənim. Bunun üçün Classic Rock Riffs adlı bir kitab aldım. Bu kitabda 40 klassik rok ifaları vardır. Yeri gəlmişkən bu parçaları metronomla məşq etdikcə mənim səviyyəmin qalxdığını hiss edirəm. Sizə 2 mahnı parçası təqdim edirəm: BAD TO THE BONE və BLACK DOG.

Ay işığı

Qustavo Adolfo Bekker

AY İŞIĞI

Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır.

Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər.

O, bir zadəgan ailəsindən idi. Top-tüfəng səsinin, döyüşdə çalınan cəngi zamanı əsgərlərin çıxardığı qəribə səslər arasında anadan olmuşdu. Müharibə vaxtlarında gözünü perqamentdən çəkmədən sonuncu nəğməsini oxuyaraq döyüşçüləri ruhlandırırdı.

Onu tapmaq istəyənlər yaşadığı geniş sarayda, rəiyyətin bəslədiyi dayçalar, ona xidmət göstərən qulluqçuların əhilləşdirdiyi yırtıcı quşlar arasında axtarmalı deyildilər. Onu hətta bekarçılıqdan nizələrini itiləyən əsgərlər arasında da görmək mümkün olmazdı.

—Manrike hardadır? Sizin senyor haradadır? -Hərdən anası narahatlıqla xəbər alar, suallar verərdi.

—Bilmirik, -xidmətçilər də belə cavab verərdi, – yəqin Penya monastırındakı qəbirlərin yanında oturub olülərin danışıqlarına qulaq asır. Yaxud da körpüdə arkanın arasından ötüb keçən çayın dalğalarına baxır. Bəlkə də çökək bir qayada uzanıb ulduzları sayır, göydə axan buludları seyr edir, suyun ləpələrini alışdıran ay işıgına baxır. Başqa sözlə, o, hamının olduğu yerdə olmurdu.

Həqiqətən də, Manrike tənhalığı sevirdi, hətta o qədər sevirdi ki, öz kölgəsini belə görmək istəmirdi. Çünki kölgəsi onu daim izləyirdi. Oxumağa davam et “Ay işığı”

Riff

Məşğul olduğum kitabdan riff-lər bölməsinə çatmışam. Riff musiqi dilində cümlə, ifadə mənasını verir. Hər bir riff bitmiş fikri bildirir. Bu bitmiş fikir də musiqidə elə parça deməkdir. Mahnıdan bir parça.

Sevdiyim məşğuliyyətlərimdən biri də rəssamlıq olub

Hələ bağça yaşlarımdan rəssamlıqla məşğul olurdum. O zamanlardan indiyə heç bir şəkil qalmasa da, sonradan 17 yaşımda çəkdiyim şəkilləri qoruyub saxlamışam. Bu mənim həm də sonuncu əl işlərimdi. Onlardan bir neçəsini sizlərə təqdim edirəm.

şəkil_01Bu şəkli albom vərəqin üzərində boya ilə işləmişəm. Ümumiyyətlə boya ilə işlərim çox azdır. Əsasən qələm və karandaşdan istifadə edirdim. Oxumağa davam et “Sevdiyim məşğuliyyətlərimdən biri də rəssamlıq olub”