Yad təfəkkürdən doğma düşüncəyə

Məqalənin müəllifi Əli Rza Xələfliyə xüsusi təşəkkür. Bu mənim haqqımda yazılan ilk yazıdır. YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ, yaxud gənc yazıçı Məmməd Məmmədlinin ilk tərcümə kitabı haqqında Gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə «Ay işığı» kitabını vərəqləyirəm. İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir. Düşünürəm ki, «Ay işığı» adı ilə nəşr olunan […]