Yad təfəkkürdən doğma düşüncəyə

YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ,

yaxud gənc yazıçı Məmməd Məmmədlinin ilk tərcümə kitabı haqqında

Gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə «Ay işığı» kitabını vərəqləyirəm. İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir. Düşünürəm ki, «Ay işığı» adı ilə nəşr olunan nəsr kitabı onun ilk uğuru kimi yadda qalacaq. Əlbəttə, bir çox cəhətlərinə görə. Əvvəla, tərcümə işinə gəncliyindən başlamaqla bu sahənin ustadına çevrilmək imkanları hələ qarşıdadır. Üstəlik də hələ bu işə sevərək, öyrəndiyi dilin incəliklərinə bələd olaraq və bu dilin cazibəsilə sahəyə gəldiyi üçün gələcəkdə daha böyük əsərləri və demək, daha qüdrətli sənətkarları Azərbaycan dilində danışdıra biləcək.

Məmməd Məmmədli müstəqqillik dövrünün yetirməsidir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. Əməli fəaliyyət dövründə isə ispan xalqının mədəniyyətini, tarixini və ən başlıcası, ədəbiyyatını sevə-sevə öyrənib, inadla sahə bilgilərinin dərinliklərinə can atıb. Oxumağa davam et