Xüsusi Maddə Axtarışında

Üçüncü dünya müharibəsinin aqibəti yer üzündə təbiəti korlamış, bunun nəticəsində də insanların sayı 60 faiz azalmışdı. Azərbaycanın əhalisi indi dörd milyonu keçmirdi. Bütün bunlara səbəb insan amili idi. O zamanlar insanlardakı birinci olmaq istəyi, rəqabət, hegemonluq, aqresiya, oğurluq, yalan və bunları siyasət deyilən anlayış vasitəsiylə həyata keçirmək böyük müharibəyə gətirdi. İndi planetin flora və faunası zədələnmişdi. Əksər canlıların nəsli kəsilmiş bir çox bitgilər məhv olmuşdu. Onları ancaq keçmişi əks etdirən video görüntülərdə izləmək olardı. İnsanların sayı bu qədər az olsa da, dünyada içməli su belə hamıya çatmırdı. Günəşin şəfəqləri qəddarcasına yeri dərmədeşik edir və bunun nəticəsində təbiətdə radiasiya durmadan artırdı. Bu, insanlara böyük dərs olmuşdu. Ancaq insanlar o zamanın canlıları deyildi artıq. Onları genetik səviyyədə nəsə, yaxud da kimsə dəyişdirmişdi.

Xüsusi Maddə Axtarışında

%d bloqqer bunu bəyənir: