Bu nəhəng, qeyri-müəyyən formalı qalaktika o qədər diffuzdur ki, astronomlar onun arxasındakı uzaq qalaktikaları aydın görə bildikləri üçün onu “şəffaf” obyekt adlandırırlar.
Kataloqa NGC 1052-DF2 kimi daxil olan obyektin nə mərkəzi hissəsi, nə də spiral qalaktikalara məxsus qolları və diski var. Amma o, elliptik qalaktikaya da bənzəmir. Hətta onun kürəyəbənzər ulduz topaları da qəribədir: onlar digər qalaktikalarda rast gəlinən tipik ulduz qruplaşmalarından iki dəfə böyükdür.
Bütün bu özəlliklər sözügedən qalaktikanın ən qəribə cəhəti ilə müqayisədə o qədər də təəccübləndirmir: NGC 1052-DF2 qaranlıq materiyanın hamısı olmasa da, çox hissəsindən məhrumdur. Kainatın özəyini təşkil edən və gözlə görünməyən qaranlıq materiya qalaktikaların qurulması üçün bir əsasdır. O, qalaktikalarda görünən materiyanı – ulduzları və qazı dağılmağa qoymayan bir yapışdırıcıdır.
Haqqında danışdığımız galaktikada astronomların gözlədiyi kimi qaranlıq materiyanın ən çox 1/400 var. Amma bu ulduz topasının necə əmələ gəldiyi sirr olaraq qalır.
Qalaktik formalaşma bizim Süd Yolu kimi böyükdür, lakin o, qalaktikamızdakı ulduzların sayının yalnız 1/200 ehtiva etdiyi üçün diqqətdən yayınmışdı. Obyektin böyüklüyünü və solğun görünüşünü nəzərə alaraq, astronomlar NGC 1052-DF2-ni ultra diffuz qalaktika kimi təsnif edirlər.
Kürəvi ulduz topalarının rənglərinə əsaslanaraq deyə bilərik ki, NGC 1052-DF2-nin təxminən 10 milyard il yaşı var. O, təqribən 65 milyon işıq ili uzaqlıqda ömür sürür.
Təsvir 2016-cı il noyabrın 16-da Hubble-ın təkmilləşdirilmiş kamerası ilə çəkilib.
Tərcümə etdi: Məmməd Məmmədli
Mənbə: hubblesite.org
Leave a Reply