Asterizmlər hansısa bir forma və ya naxış yaradan, lakin bürc əmələ gətirməyən oxşar parlaqlığa malik ulduz qrupudur. Şimal yarımkürəsinin ən məşhur asterizmləri arasında Böyük Ayı və Kiçik Ayı, Peqas Dörbucağı və Yay Üçbucağının adlarını çəkmək olar.

İlin isti vaxtlarında bir gecədə zenitə yüksələn Yay Üçbucağı hər zaman müşahidəçilərin marağına səbəb olub. Bu nəhəng asterizm təxminən 415 kvadrat dərəcə ərazini əhatə edir ki, bu da 2000-dən çox bədirlənmiş ay ölçüsünə bərabərdir. Onun sərhədləri Lirada Vega, Qu bürcündə Deneb, Qartalda isə Əltair ulduzu ilə təyin olunur. Bu ulduzlar qədər parlaqdır ki, şəhərin işığına boyanmış səmada belə onları görmək mümkündür (müvafiq olaraq 0, 1,3 və 0,8 parlaqlıq gücündə). Qu, Qartal və Lira bürclərindən başqa, Oxatan və Tülkü bürclərinin bəzi hissələri də bu asterizmin içərisindədir.

Əgər siz şəhərdən kənara çıxsanız və qaranlıq səma ilə üz-üzə gəlsəniz o zaman görəcəksiniz ki, Yay Üçbucağının daxili hissəsi, Qu bürcünün ulduz topası da daxil olmaqla bütün Süd Yolunun ağappaq toz kimi səpələnmiş ulduzları ilə dolub. Burada Böyük Yarıq toz buludlarının çapraz şəkildə Yay Üçbucağının daxilindən qara ildırım təki uzandığının şahidi olacaqsınız.

Bu böyük səmavi üçbucağı meydana gətirən üç parlaq ulduz minilliklər boyu insana tanış olsa da “Yay Üçbucağı” adı yeni termin kimi 1930-cu illərdə Avstriya astronomu Osvald Tomas tərəfindən istifadəyə verilmişdir. Bu termin ingilis astronomu Ser Patrik Mur və alman-amerika əsilli müəllif H.A. Rey (O, ən çox “Maraqlı Corc” kitabları ilə tanınırdı, 1952-ci ildə yazdığı “Ulduzlar: Onları görməyin yeni yolu” əsərində bürc diaqramlarının təsvirini çəkirdi) tərəfindən 20 il sonra populyarlaşdırılmayana qədər az hallarda istifadə olunurdu.

Durbinlə baxdıqda müşahidəçilər Yay Üçbucağı bölgəsində müxtəlif dumanlıqları, nizamlı və nizamsız ulduz qruplaşmalarını seyr edə bilər. Açıq klasterlər Süd Yolunun diskində, xüsusən bizim qalaktika müstəvisinin “ekvatoru” yaxınlığında cəmləşib. Buna görə onları bəzən qalaktik qruplar da adlandırırlar (qalaktika qrupları qalaktika klasterləri ilə eyniləşdirilməməlidir). Yay Üçbucağına teleskopla baxdıqda 10-dan çox belə qalaktika qruplarını – parlaqdan zəifə qədər – görmək olar. Ulduz qruplarından yalnız biri baxımlı hesab edilsə də, hərəsinin öz gözəlliyi var və hər birini müşahidə etməyə dəyər. Üçbucağın Şimal-qərb hissəsindən başlayaraq əvvəlcə Şərqə, sonra Cənuba doğru baxaq.

blank
NGC 6791

Liradakı NGC 6791 ulduz qrupunu görmək çox çətindir. O, təxminən 13,800 işıq ili məsafədə yerləşir və 9,5 parlaqlıq gücündə olan sönük, yığcam bir klasteri xatırladır. O, məqalədə təsvir etdiyimiz ən uzaq ulduz topasıdır. Parlaqlığı aşağı olduğundan qaranlıq səmadan başqa hər hansı bir yerdə bu obyekti durbinlə hədəfə alsaq xəyal qırıqlığına uğraya bilərik. 12 düymlük linza yaxşı bir başlanğıcdır, lakin göyün üzü şəffaf olarsa, görüntü aydın olmasa belə, NGC 6791 kiçik linzalarda görünməlidir. Bu klasterin təxminən 8 milyard yaşı var və onun bir çox ulduzunda anomal dərəcədə, böyük miqdarda metallar (heliumdan ağır elementlər) cəmləşib – astronomik paradoks, çünki qoca ulduzlar adətən metal baxımından kasad olur.

NGC 6819 ulduz topası Veqadan Sadra (Gamma [γ] Cygni) gedən yolun təxminən 60 faizi qədər məsafəsində yerləşir, yəni o, Sadr ulduzuna daha yaxındır. Ulduz topası 7.3 parlaqlıq gücündə olduğu üçün onu kiçik bir teleskopla görmək mümkündür, baxmayaraq ki, ulduzların sayı 6 düym və 10 düymlük diafraqma arasında əhəmiyyətli dərəcədə artır. Burada iki ulduz xətti qum saatı formasını əmələ gətirir, ortasında isə böyük sıxlıq müşahidə olunur. Ulduzlarla zəngin olan bu çoxluq bizdən 9000 işıq ili uzaqlığında yerləşir və yaşı Günəşin təxminən yarısı qədərdir.

blank
NGC 6910

NGC 6910 klasteri Sadrdan 0,5° Şimalda yerləşir ki, bu da onu Qu bürcündə digər ulduz topaları arasında tapmaq üçün asan hədəfə çevirir. 7.5 parlaqlıq gücündə olan bu Y formalı ulduz qrupu kifayət qədər sönükdür, 6-8 düymlük teleskoplarda təxminən iyirmi ulduz (9 parlaqlıq gücündə) görünür. O, təxminən 70 ulduzdan ibarətdir və mürəkkəb formalı hidrogen və toz buludunun düz mərkəzində yerləşir, ən parlaq hissələri IC 1318 kimi təyin olunur. O, Qu OB9 Assosiasiyasının nüvəsini təşkil edir və bizdən 5600 işıq ili məsafədə yerləşir.

blank
M29

M29 klasteri (NGC 6913) Qu bürcündə iki Messier cismlərindən biri sayılır. Digəri, M39, Yay Üçbucağından bir qədər kənarda yerləşir. 6.6 parlaqlıq gücündə olan M29 ərazidə ən parlaq ulduz qruplarından biri olsa da, ulduzlarının sayı azdır, cəmi 50-80 ulduzu var. Bu ulduz topasının təxminən 10 milyon il yaşı var, o həm də səmada gənc çoxluqlardan biridir. M29 həddindən çox parlaq B tipli ulduzların məcmusu olan Qu OB1 Assosiasiyasının tərkib hissəsidir. (Orion bürcündəki Rigel ulduzunu xatırlayın.) Bölgədəki toz buludları bu mavi nəhəngləri xeyli dərəcədə tutqunlaşdırıb, əks halda onlar 5200 işıq ili məsafədə çılpaq gözlə görünən parlaq obyekt formasını alardılar. Sözügedən çoxluq qalaktika müstəvisindən sadəcə yarım dərəcə aralıdır.

blankQu bürcündəki NGC 6883 çoxluğu (8 parlaqlıq gücündə) təqribən 24 ulduzdan ibarətdir. Bu qrup Süd Yolundan aralıda yerləşsəydi, onu müşahidə etmək daha asan olardı. Amma o, qalaktika müstəvisindən təxminən 1° aralıda, ön və arxa planda sayrışan ulduzların arasında yerləşir. Məhz bu səbəbdən NGC 6883 klasterin nümayəndələrini ayırmaq çətinləşir. Mərkəzdə 9 parlaqlıq gücündə qoşa ulduz sayrışır, ətrafı 7-9 parlaqlıq gücündə çoxlu ulduzlarla zəngindir. Çoxluğu əhatə edən şüalar və qaranlıq dumanlıqlar onu astrofotoqraflar üçün təkrarolunmaz bir hədəfə çevirir. NGC 6883 təxminən 4500 işıq ili məsafədədir.

NGC 6834 klasterini Albireodan (Beta [β] Cygni) təxminən 5° Şərq-Şimal-Şərqdə görmək olar. 10,700 işıq ili uzaqlıqda, 7,8 parlaqlıq gücündə olan bu topa ulduzlararası toz tərəfindən tutulmuşdur. Bu çoxluq ancaq yaxşı durbinlə görünür; eni 6 fut olan ərazidə 25 ulduz axtarın. NGC 6834 topası kifayət qədər gəncdir – təxminən 65 milyon il yaşı var. Əgər klasteri tapmaq sizin üçün çətin deyilsə, Şərq-Cənub-Şərqdə 38 fut məsafədə yerləşən NGC 6842 planetar dumanlığı skan edin. Parlaqlığı aşağı olduğu üçün 12 düymdən böyük optika və yaxşı bir gecə tələb olunur.

NGC 6885 topası üçbucağın düz kənarında yerləşir. O, qərbə doğru daha çox ulduzu olan (6 parlaqlıq gücündə) Kiçik Tülkü bürcü 20-i kobud oval şəklində əhatə edir. 8 düymlük teleskopda topanın 30 ulduzu təxminən 15 fut genişlikdə bir sahəni əhatə edir. Bu klaster insanda bir qədər maraq doğurur. NGC 6885-dən bir qədər Şimal-qərbdə yerləşən NGC 6882 çoxluğu özünü bir qrup zəif ulduzların konsentrasiyası kimi göstərir. Bəzi mənbələr NGC 6882-ni Villiam Herşelin müşahidəsinə əsasən NGC 6885-lə eyniləşdirir, ancaq müasir kataloqlar onların ayrı klaster olduğunu göstərir. İohann Bayerin uranometriyası (ulduz atlası) NGC 6882-nin bir qədər sıx olduğunu, NGC 6885-in isə olmadığını qeyd edir. Bəs sən nə görürsən?

blank
NGC 6823

Kiçik Tülkü bürcündəki NGC 6823 təxminən 30-dək ulduzdan ibarət, 7,1 parlaqlıq gücündə olan bir qalaktik qrupdur. Kiçik Tülkü OB1 Assosiasiyası kimi də tanınan bu çoxluq, konsentrasiya olunmuş çox gənc və olduqca isti ulduzlardan ibarətdir. Qrup, Sh 2-86 adlı zəif işıldayan bir dumanlığa qərq olub. Yaxınlıqda zəif parıldayan NGC 6820 dumanlığı yerləşir. Hubble teleskopun çəkdiyi fotoşəkillərdə Qartal Dumanlığında Yaradılış Sütunları adını qazanmış təsvir əks olunur. Belə ki, ulduz küləkləri hidrogen buludununun heykəlini yaradırmış kimi gövdəni və toz kürəciklərini qabardır. Təxminən 7600 işıq ili uzaqlıqda yerləşən bu obyektin bir qırağından o biri qırağına səyahət etmək üçün təqribən 50 işıq ili tələb olunur, baxmayaraq ki, o, okulyarda yalnız 12 fut enində görünür.

blank
NGC 6830

Kiçik Tülkü bürcündəki NGC 6830, həmçinin Dumbbell Dumanlığından (M27) təxminən 2° Qərb-Şimal-Qərb tərəfdə yerləşir. Bu zəif klaster (7,9 parlaqlıq gücündə) təxminən 7800 işıq ili uzaqlıqdadır. Ən parlaq ulduzları X hərfi formasında sayrışır. Bir qədər zəif nümayəndələri zülmət gecə şəraitində 10 düymlük və ya daha böyük teleskopla yaxşı görünür.

NGC 6802 bu məqalədə təsvir etdiyimiz ən zəngin klasteridir (amma kiçik teleskoplarda heç nə görmək olmur). 8.8 parlaqlıq gücündə sayrışdığı üçün onu tapmaq çox asandır: o, Coathanger (Asılqan) asterizminin Şərq kənarında yerləşir. Kompakt 3 fut diametrində olan bu ulduz topasını yaxşı görmək üçün 8-12 düymlük teleskopdan istifadə etməyə çalışın. Ən parlaq ulduzları 13 parlaqlıq gücündə olan nümayəndələrdən bir az parlaq görünür. Qeyri-adi bir qutu formasına malik NGC 6802, bizdən 9000 işıq ili uzaqlıqda yerləşir ki, bu da onu siyahımızda ən uzaq hədəflərdən birinə çevirir.

Kiçik Tülkü bürcündəki NGC 6940 Yay Üçbucağının içərisində deyil, Yerə daha yaxın olduğu və daha intensiv parladığı üçün bu siyahıda onun adını çəkməyə bilməzdik. Təxminən 25 fut genişlikdə bir ərazini dolduran bu klaster 9 parlaqlıq gücündə və ya daha zəif olan 100-dən çox ulduzu özündə toplayır. Çoxluqda özünüzə yaxın bir neçə ulduz tapın. Qırmızı nəhəng ulduzlardan neçəsini görürsünüz? Ən güclü olan FG Vulpeculae, hər 86 gündə parlaqlığı 9-dan 9,5-ə qədər azalıb-artır. Bu çoxluq güclü supernovanın partlaması nəticəsində yaranmış Tül Dumanlığından təxminən 3,5° Cənub-qərbdə yerləşir.

Yay Üçbucağını müşahidə edərkən çoxlu səma cismlərini seyr etməyə imkan yaranır. Onun açıq klasterlərindən zövq aldıqdan sonra daxilinizdə saysız-hesabsız obyektləri izləmək hissi baş qaldıracaq. Bu nəhəng ulduz topasında çoxlu sayda qoşa və qrup şəklində sayrışan ulduzlar var ki, onlardan da ən məşhuru Albireodur. Enlibucaqlı diafraqma çoxlu ulduzlardan əmələ gəlmiş dumanlıqları müşahidə etməyə imkan yaradır. Tünd dumanlıqlar ulduz və hidrogen qazının parıltısı ilə kontrast yaradır. Ulduzların doğulduğu yerlərdən bezmisinizsə, planetar dumanlıqlar arasında yaşlı günəşləri axtarın.

Ulduzların doğulmasından tutmuş qürubunadək, qaranlıqdan işığa qədər hər şey Yay Üçbucağında var.

Tərcümə etdi: Məmməd Məmmədli

İstinad: galacticoddball.wordpress.com

Mənbə: astronomy.com

Leave a Reply

You cannot copy content of this page