- Details
- Written by: Məmməd Məmmədli
- Category: Uncategorised
- Hits: 154
Ay işığı
“Ay işığı” (povest və hekayələr) kitabında İspaniya, Meksika və Çili yazıçılarının əsərləri toplanıb. Məmməd Məmmədlinin tərcüməsində təqdim olunan müəlliflərdən vaxtilə İspaniyada bestseller olmuş Xavier Serkasın “Təhrik” povestini, həmçinin V.B. İbanyez, İ. Ayende, X. Rulfo, Q.A. Bekker kimi məşhurların hekayələrini oxumaq olar.
Azərbaycan Yazıçılar Birlliyi və Ulduz jurnalının birgə layihəsi
Layihə rəhbəri: Qulu Ağsəs
İspancadan çevirəni: Məmməd Məmmədli
Redaktor: Həyat Şəmi
Bakı, “Təhsil” 2019, 144 səh.
YERDƏLƏNİN BİRİNCİ MƏRTƏBƏSİ
Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Yadplanetlilər onların içində gizlənən müəmmanı canlarından sovurub çıxarmışdı. Bəs görəsən, Yer planetinin Yupiterin qaz atmosferində batırılması mesajının arxasında nə gizlənirdi?
Əlavə olaraq kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və daha üç hekayəsi daxil edilib.
Redaktor: Şəfəq Nasir
“Zərdabi Nəşr” MMC, Bakı, 2025, 176 səh.
© Məmməd Məmmədli, 2025
Axırıncı yol qəhvəxanası
Kimliyini bildirməyən qatil Lamiyənin valideynlərini öldürmək üçün qəribə bir üsula əl atır. Bu dəhşətli hadisə qızın həyatını bütünlüklə alt-üst edir. Oxuduğu universitetdən qovulur, sevgilisindən ayrılır, nənəsi həyatıyla vidalaşandan sonra isə tamamilə tək qalır. Şirin, Lamiyənin rəfiqəsi qızın maddi durumunu guya yaxşılaşdırmaqdan ötrü onu “Axırıncı yol qəhvəxanası”na çəkir. Lamiyə Şirinin şirnikləndirici təkliflərinə nə qədər müqavimət göstərsə də gerçəkliklə barışmalı olur.
Qeyd: “Axırıncı yol qəhvəxanası” povesti “Yerdələnin birinci mərtəbəsi” kitabına daxil edilib.
The First Floor of the Earthscraper
By Mammad Mammadli
Translated by Renat Djafarov
Original title: Yerdələnin birinci mərtəbəsi
was originally published in Baku by Zərdabi Nəşr Publishing in 2025
ISBN: 978-9952-593-34-1 (soft cover)
ISBN: 1230009630123 (eBook)
© Mammad Mammadli 2025
Xüsusi maddə axtarışında
qısa roman
Azərbaycan Günəşə ən yaxın olan ulduza xüsusi maddə tapmaq ümidilə ekspedisiya göndərir. Kosmik balığın kapitanı Mübarizin qarşısında yalnız bir vəzifə dayanır – Alfa Sentavra mümkün qədər tez çatmaq və orada kükürd və neon elementlərinin birləşmə prosesini izləmək. Ancaq məsələ heç də asan olmur. Qarşıda onları uzun və macəra dolu bir səyahət gözləyir. Yerdən qaçırılmış rok qrupunun üzvlərini Marsdakı yadplanetlilərdən xilas etməklə Mübariz ona edilən xəbərdarlığa məhəl qoymur. Və bu hadisə ekspedisiyanın dönüş nöqtəsinə çevrilir. Komanda Alfa Sentavra nəzərdə tutulmuş vaxtdan tez çatır. Bəs onlar xüsusi maddəni tapırlarmı? Bu suala cavab tapmaq üçün əsərin qəhrəmanları ilə Alfa Sentavra səyahət etmək lazımdır.
- Details
- Hits: 374
Məmməd Məmmədli bədii yaradıcılığa ispan və Latın Amerikası müəlliflərinin əsərlərini dilimizə çevirməklə başlayıb. İlk dəfə “ULDUZ” jurnalında (2006) Visente Blasko İbanyezin “Dənizdə” və “Mavrın qisası” hekayələrilə çıxış edib. İspan yazıçısı Xavier Serkasın “Təhrik” (El Móvil) povestini tərcümə edəndən sonra (2007), əsərin qəhrəmanı Alvaro onu orijinal əsər yazmağa təhrik edib. “Axırıncı yol qəhvəxanası” povesti məhz belə yaranıb. Sonradan müəllif fantastik janra müraciət edib. “Xüsusi maddə axtarışında” (2016) və “Yerdələnin birinci mərtəbəsi” (2025) əsərlərini yazıb.
Məmməd Məmmədlinin mətnlərində retrospectiv yazı tərzi ön plandadır. O, hadisələri axırdan əvvələ doğru nəql etməklə oxucunu bir növ səbəb axtarışına aparır. Kainat, yadplanetlilər onun üçün əsas mövzulardı.
Yazıçı bədii əsərləri və tərcümələrilə əsasən “ULDUZ” jurnalında çap olunur. Müəllifin “İşıqdan gözləri qamaşanlar”, “Ərafın dərin qatlarında” və “Mən atamı xatırlamıram…” hekayələri kulis.az, manera.az, edebiyyatveincesenet.az saytlarında da dərc olunub.
Müəllifdən
Mən həyatı gözlə görürəm. Göz mənim üçün vacib əzadı. Onları itirmək istəməzdim...
Dünyaya göz açanda ilk gördüyüm işıq olub. Gözlərimə dolan fotonlar başımda ağ ləkə salıb. Bu gün də onların sayəsində dünyam sayrışır.
Ürək mənim üçün həyati orqandır. Ürəyimin döyüntülərini səssizlikdə yaxşı hiss edirəm. Gözlə gördüyümü isə ürəyimlə yozuram. Bu iki əza mənim üçün vacibdi. Ancaq ən dəyərlisi beyindir.
An – bu iki hərfdə, bu sözdə bütün həyatımız cəmləşib. Ömrümüz o “an”ların məcmusudur. Mənim fantaziyam gördüklərimdən uzağa getməyib. Mən o qədər də mükəmməl canlı deyiləm. Ancaq beynimin sayəsində həmin “an”ları təxəyyülümdə canlandırır, ən vaciblərini seçib, onları istədiyim tərzdə nəql edirəm.
Yazmaq da mənim üçün vacibdir. Məhz bu yolla mən özümü ifadə edirəm. Yadplanetlilər, kainatın müxtəlif bucaqlarında baş verən hadisələr, oradakı həyat mənim mövzularımdı. Deyə bilərəm ki, yazdığım ən absurd əsərin belə gerçəkliklə əlaqəsi var.
